Bakı.Trend:
Nəsimi rayonunda növbəti əməliyyatlar zamanı 7 kq narkotikvasitə dövriyyədən çıxarılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsininəməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuzdövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı əvvəllərməhkum olunmuşlar - Məhəmməd Eminov və İsmayıl Vəliyevsaxlanılıblar. Onların üzərindən ümumilikdə 7 kiloqramdan artıqnarkotik vasitə olan tiryək, həşiş, marixuana, metamfetamin, habelə35 ədəd psixotrop tərkibli metadon və pregabalin həbi aşkarolunaraq götürülüb.
"Saxlanılanlar ifadələrində narkotik vasitələri şəxsiyyətləriistintaqla araşdırılan İran vətəndaşlarından satış məqsədilə əldəetdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. M.Eminov vəİ.Vəliyevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin dəkimliyinin müəyyənləşdirilərək istintaqa cəlb olunmalarıistiqamətində tədbirlər davam etdirilir".