RU

Sabunçuda oğurluq üstə saxlananların 35 minlik daha bir cinayəti açıldı...


Paytaxtın Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunan 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

DİN-dən bildirilib ki, araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35000 manat dəyərində məişət əşyaları talamaları da məlum olub.

Həmçinin Binəqədi rayonunda evlərin birindən 800 manat və 7200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı R.Hüseynov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

ZÜMRÜD

Избранный
16
15
baki-xeber.com

10Источники