RU

MDB Oyunları: Azərbaycanın oğlan basketbolçulardan ibarət millisi 3 cü yer uğrunda mübarizə aparacaq

ain.az bildirir, Azertag portalına istinadən.

Gəncə, 6 oktyabr, AZƏRTAC

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.

AZƏRTAC xəbər verir ki, oğlanların mübarizəsində Azərbaycan millisi yarımfinalda Belarusla qarşılaşıb. Görüş yığmamızın 13:16 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Azərbaycan millisi 3-cü yer uğrunda görüşdə Özbəkistan seçməsi ilə üz-üzə gələcək. Matç saat 18:10-da start götürəcək.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
2
azertag.az

6Источники