RU

Kolumbiyalı voleybolçu Azərbaycan klubuna keçdi

Kolumbiyalı voleybolçu Melissa Rangel karyerasını Azərbaycanda davam etdirəcək.

“Gəncə” klubundan İdman.biz-ə verilən məlumata görə, oyunçu ilə müqavilə imzalanıb.

O, son mövsümü ölkəsində “Beyond” klubunda keçirib. Melissa Rangel karyerası ərzində Peru, Portuqaliya, Braziliya və İspaniyada legioner həyatı yaşayıb.

Voleybolçu Peru çempionatının və Portuqaliya Superkubokunun qalibi olub. Həmçinin Kolumbiya millisinin heyətində Pan-Amerika Oyunlarının qızıl və Pan-Amerika Kubokunun gümüş medalını qazanıb.

İdman.biz

Məqalədə:
Избранный
12
1
idman.biz

2Источники