RU

Güclü immunitetin və gümrah bədənin sirri

Portağal həm dadı, həm də sağlamlığa faydaları ilə qış mövsümünün ən sevilən meyvələrindən biridir.

E-saglam.az xəbər verir ki, tərkibindəki yüksək C vitamini, antioksidantlar və təbii liflər sayəsində immun sistemini gücləndirir, dərini gözəlləşdirir və bir çox xəstəliklərin qarşısını almağa kömək edir.

Portağalın əsas faydaları aşağıdakılardır:

İmmuniteti gücləndirir:C vitamini bədənə viruslara qarşı qoruma gücü verir, soyuqdəymə və qrip riskini azaldır.

Dəri sağlamlığını qoruyur:Antioksidant təsiri sayəsində dərini sərbəst radikallardan qoruyur, qırışların əmələ gəlməsini gecikdirir və dərini parlaq saxlayır.

Həzm sistemini tənzimləyir:Portağaldakı təbii liflər bağırsaq fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.

Qan təzyiqini və xolesterolu tənzimləyir:Kalium və flavonoidlər ürək-damar sağlamlığını qoruyur, xolesterolun səviyyəsini azaldır və qan dövranını yaxşılaşdırır.

Anemiyanın qarşısını alır:Portağal dəmirin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir.

Göz sağlamlığını dəstəkləyir:A vitamini və karotinoidlər göz torluğunu qoruyur və görmə qabiliyyətinin zəifləməsinin qarşısını alır.

Bədənə enerji verir:Təbii şəkərlər və B qrupu vitaminləri sayəsində yorğunluğu azaldır və enerjini artırır.

Nəzrin Abbas

E-saglam.az

Избранный
13
e-saglam.az

1Источники