"Bavariya"nın futbolçusu Maykl Olise İngiltərə Premyer Liqasınaqayıda bilər.
Trend xəbərverir ki, "Liverpul" fransalı vingeri transfer etmək istəyir. Bubarədə "Fichajes" nəşri məlumat yayıb.
"Qırmızılar" Oliseni 2027-ci ildə klubla müqaviləsi başa çatanMəhəmməd Salahın əvəzləyicisi kimi düşünür. "Liverpul" 23 yaşlı önxətt oyunçusu üçün Almaniya klubuna 172 milyon avroluq təklifgöndərməyi planlaşdırır.
Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında"Kristal Pelas"dan transfer edib. Fransa millisinin üzvü bu mövsümMünhen təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 8qol vurub, 8 qol ötürməsi edib.