RU

Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi açıqlandı

1 sentyabr tarixinə olan vəziyyətə görə, Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 2 milyard 137 milyon manat təşkil edib.

Bu barədə Day.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata əsasən, bu rəqəm 1 avqust 2025-ci illə müqayisədə 119 milyon manat və ya 5,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 390 milyon manat və ya 22,3 faiz çoxdur.

 

Belə ki, 1 avqust 2025-ci il tarixinə Azərbaycanda orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 2 milyard 17 milyon manat, 1 sentyabr 2024-cü il tarixinə isə 1 milyard 747 milyon manat olub.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixinə Azərbaycanda biznes kreditləri portfelinin ümumi həcmi 15 milyard 92 milyon manat təşkil edib.

Избранный
15
1
day.az

2Источники