RU

Azərbaycan Türk dünyasının birliyinə davamlı töhfələr verir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Ötən il Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən TürkDövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvəgörüşündəki çıxışında Prezident İlham Əliyev “Azərbaycan TürkDövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərinibundan sonra da davam etdirəcək” fikirləri ilə türk dünyasınınbirliyinin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətininprioritet istiqaməti olduğunu bir daha təsdiqlədi.

Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.O bildirib ki, əsas çağırış Türk Dövlətləri Təşkilatının dünyamiqyasında güc mərkəzlərindən birinə çevrilməsidir:

"Nəzərə alsaq ki, hazırkı dövr yeni dünya nizamının formalaşdığımərhələdir, bu halda Azərbaycanın Türk dünyasının birliyinin dahada möhkəmləndirilməsi ilə bağlı çağırışı özündə əsas məqamlarıehtiva edir. Dövlət başçısı İlham Əliyev Türk dünyasını böyük birailə kimi dəyərləndirir və daim bildirir ki, bizim ailəmiz Türkdünyasıdır.

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığıreallıqlar fonunda bu gün dünya türk dövlətlərinin birliyinin,həmrəyliyinin şahidinə çevrilir. Azərbaycan daim Türk dünyasınınbirliyinə davamlı töhfələr verir. Buna əmin olmaq üçün ölkəmizinTürk Dövlətləri Təşkilatına sədrliyi dövründə atdığı addımlarınxronologiyasına diqqət yetirmək kifayətdir. Məhz bu töhfələrinnəticəsidir ki, dövlət başçısı İlham Əliyev 2021-ci ildə TürkDünyasının Ali Ordeninə layiq görüldü. Prezident İlham Əliyevintəşəbbüsü ilə ötən ildən etibarən Türk Dövlətləri Təşkilatınınqeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi də Azərbaycanın bubirliyin möhkəmlənməsində nə qədər maraqlı olduğunu təsdiqləyir.Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və butədbirdə qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideolojiliderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyacduyduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev həmin Zirvəgörüşündə bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasındagüc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasınıninkişafı əsri olmalıdır. Bu bəyanat türk dövlətlərinin qarşısındayalnız regional deyil, eyni zamanda, qlobal miqyasda tarixi hədəfqoydu. Həmçinin TDT-nin 2024-cü ilin noyabrında Bişkekdə keçirilənXI Zirvə görüşü və 2025-ci ilin mayında Budapeştdə baş tutanqeyri-rəsmi Zirvə görüşü də təşkilatın dinamik inkişafına mühümtöhfə verib. Budapeşt görüşü əməkdaşlığın dərinləşdirilməsibaxımından xüsusi əhəmiyyət kəsb edib. Ümumilkdə Prezident İlhamƏliyevin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının inkişafstrategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz butəşəbbüslər nəticəsində qurum formal birlikdən real təsir gücünəmalik beynəlxalq təşkilata çevrilib".

Deputat qeyd edib ki, bü gün Türk dünyasının birliyinə paytaxtBakı ilə yanaşı, bölgələrimizin, o cümlədən azad Qarabağın datöhfələr verməsi qürurvericidir. Bu baxımdan oktyabrın 7-də Qəbələşəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının “Regional sülhvə təhlükəsizlik” mövzusunda XII Zirvə görüşü böyük əhəmiyyət kəsbedir. Əminliklə deyə bilərik ki, bu Zirvə görüşü Türk dünyasınınortaq strateji hədəflərinin və birgə fəaliyyət mexanizmlərininmüəyyən ediləcəyi tarixi hadisə olacaq. Zirvə görüşü çərçivəsindəTDT-yə üzv və müşahidəçi statusuna malik ölkələrin dövlət vəhökumət başçıları bir araya gələrək sonuncu görüşdən indiyədəkhəyata keçirilmiş işləri dəyərləndirəcək, əldə olunmuşnailiyyətləri müzakirə edəcək və gələcək əməkdaşlıq istiqamətlərinimüəyyənləşdirəcəklər. Görüş zamanı qəbul olunacaq sənədlər, ocümlədən XII Zirvə görüşünün Bəyannaməsi təşkilatın siyasi vəinstitusional strukturunun yeni mərhələyə keçidini əks etdirəcək.Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək.Bu, ölkəmizin təşkilatdakı liderlik missiyasının rəsmi təsdiqiolacaq.

Vüqar Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, TürkDövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərindəimzalanmış Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstanvə Qırğızıstan arasında təsis olunub. 2019-cu ildə ÖzbəkistanTDT-yə üzv qəbul olunub. Naxçıvan müqaviləsində təşkilatınyaradılmasında əsas məqsədlər kimi tərəflər arasında qarşılıqlıetimad, dostluq və mehriban qonşuluğun möhkəmləndirilməsi, regiondavə ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadıngücləndirilməsi, siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətinmühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji,nəqliyyat, kredit-maliyyə və ümumi maraq kəsb edən digər sahələrdəsəmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, türkxalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması vəyayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlıəlaqənin və tərəflər arasında təmasların təşviqi və s. göstərilib.Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan TDT-nin qurucudövlətləri olublar. Özbəkistan 2019-cu ildə təşkilata üzv qəbuledilib. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıtəşkilata müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadiƏməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.

Milli Məclisin deputatı bildirib ki, Azərbaycan, həmçinin 30illik işğaldan azad olunmuş ərazilərində qardaş ölkələrlə birgəhəyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə buhəmrəyliyi konkret fəaliyyətə çevirir. Qardaş dövlətlərin dəstəyiilə həmin ərazilərdə məktəblər, yaradıcılıq mərkəzləri inşa olunub,yeni təhsil və mədəniyyət ocaqları yaradılıb. Bu baxımdanÖzbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqıadından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır. Qazaxıstantərəfindən Füzulidə inşa edilən Kurmanqazı adına Uşaq YaradıcılıqMərkəzi, həmçinin Qırğız Respublikasının təşəbbüsü ilə AğdamınXıdırlı kəndində inşa edilən orta məktəb də bu dəstəyin bariznümunəsidir.

Vüqar Rəhimzadə onu da əlavə edib ki, Zirvə görüşü çərçivəsində,ikitərəfli görüşlərlə yanaşı, Türk Dövlətləri Təşkilatının Xariciİşlər Nazirləri Şurasının toplantısı keçiriləcək. Bu, yalnızprotokol xarakterli görüşlər deyil, eyni zamanda, yenitəşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi vəTürk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrinaparılması üçün mühüm imkan olacaq. Ümumiyyətlə, dövlətimizinbaşçısının şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət,qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərəistiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünüdeyən ölkəyə çevrilib. Ölkəmizin sədrlik etdiyi QoşulmamaHərəkatında, həmçinin Türk Dövlətləri Təşkilatında, İslamƏməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digərqurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edənproseslərə təsir imkanlarını genişləndirir.

Vüqar Rəhimzadə bildirib ki, türk dövlətləri arasında həmrəylik,inteqrasiya və qarşılıqlı etimadın dərinləşməsi TDT-ni getdikcəmötəbər beynəlxalq təşkilat səviyyəsinə yüksəldir. Artıq dünyamiqyasında TDT regionda sabitlik və əməkdaşlıq üçün etibarlıtərəfdaş kimi qəbul edilir.

Məqalədə:
Избранный
7
6
az.trend.az

7Источники