III MDB Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.

Offsideplus.az xəbər verir ki, oğlanların mübarizəsində Azərbaycan milli komandası 3-cü yer uğrunda oyunda Özbəkistanla qarşılaşıb. 

Görüş yığmamızın 15:16 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bununla da Azərbaycan millisi Oyunları 4-cü yerdə bitirib.

Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.