RU

Bakıda narkoşəbəkə üzvləri saxlanıldı

Nəsimi rayonunda növbəti əməliyyatlar zamanı 7 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN  xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı əvvəllər məhkum olunmuşlar - Məhəmməd Eminov və İsmayıl Vəliyev saxlanılıblar. Onların üzərindən ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə olan tiryək, həşiş, marixuana, metamfetamin, habelə 35 ədəd psixotrop tərkibli metadon və pregabalin həbi aşkar olunaraq götürülüb.

Saxlanılanlar ifadələrində narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. M.Eminov və İ.Vəliyevin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də kimliyinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
22
olaylar.az

10Источники