Bakı. Trend:
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarındabasketbolun 3x3 növü üzrə qızların yarışına yekun vurulub.
Trend xəbərverir ki, finalda Azərbaycan və Rusiya yığmaları qarşılaşıb. Görüşrəqibin 19:13 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Azərbaycan millisi gümüş medalla kifayətlənib.Oğlanlardan ibarət yığma isə yarışı 4-cü sırada başa vurub.
Qeyd edək ki, MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.