İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.
Oxu.Az xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində istintaq orqanının təqdim etdiyi vəsatət əsasında qəbul edilib.
Məhkəmənin qərarına əsasən, Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
O, Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə (mənimsəmə və ya israf etmə) ittiham olunur.
Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Bundan əvvəl o, mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilmişdi. Şuranın İdarə Heyətinin məlumatına görə, Səmədov nizamnamə tələblərini kobud şəkildə pozduğu və qurumun adına xələl gətirən hərəkətlərə yol verdiyi üçün həm rəhbərlikdən, həm də Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
10Источники
-
news24.azSaleh Səmədovun həbs müddəti uzadıldı ( 22108045)
-
nocomment.azDTX-nın saxladığı Saleh Səmədovun həbsi ilə bağlı yeni xəbər ( 22111276)
-
Ajans.azDTX-nin saxladığı Saleh Səmədovun HƏBS MÜDDƏTİ UZADILDI ( 22111075)
-
azadmedia.azDTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti uzadılıb » AzadMedia.az ( 22111051)
-
far.azDTX-nın saxladığı Saleh Səmədovun həbs müddəti uzadılıb ( 22109737)
-
yeniavaz.comSaleh Səmədovun həbs müddəti uzadıldı ( 22108723)
-
milli.azDTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində qərar verildi ( 22111810)
-
editor.azDTX tərəfindən saxlanılan Saleh Səmədov barəsində qərar verildi ( 22108282)
-
mia.azAğsaqqallar Şurasının keçmiş sədri haqda yeni qərar verildi Saleh Səmədov həbsdə qalacaq ( 22108033)
-
modern.azSaleh Səmədovun həbs müddəti uzadıldı ( 22107961)