RU

Azərbaycan qılıncoynadanı III MDB Oyunlarında bürünc medal qazandı

Azərbaycan qılıncoynadanları III MDB Oyunlarında daha bir uğura imza atıblar.

90deqiqe.Az xəbər verir ki, şpaqa növü üzrə yarışlarda çıxış edən Mirxətai Məmmədov yarımfinal mərhələsində Rusiya təmsilçisi Roman Selyutinə məğlub olub və nəticədə bürünc medalla kifayətlənib.

Daha əvvəl 1/4 final mərhələsində Mirxətai Məmmədov və Vahab Fətullayevin bir-birinə rəqib olması Azərbaycanın bu növdə ən azı bir medalı təmin etməsini təmin etmişdi.

Beləliklə, Azərbaycan qılıncoynatma millisinin hesabında III MDB Oyunlarında ümumilikdə 6 bürünc medal var.

Избранный
10
90deqiqe.az

1Источники