Şirvan sakini, 1986-ci i təvəllüdlü Qambayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.
Qeyd edək ki, Lamiyə Qambayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin İctimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.