RU

Əfqanıstan və ABŞ arasında səfirliklərin açılması ilə bağlı danışıqlar aparılıb

Kabil və Vaşinqton münasibətlərin bərpası istiqamətində ilkin addımlar atır...

Poliqon xəbər verir ki, Əfqanıstan rəsmiləri ABŞ-la diplomatik münasibətlərin bərpasına dair danışıqların baş tutduğunu açıqlayıb. Ölkənin ali liderinin sözçüsü Zabiullah Mücahid bildirib ki, Kabil və Vaşinqton arasında ABŞ səfirliyinin Əfqanıstan paytaxtında, eləcə də Əfqanıstan səfirliyinin Vaşinqtonda yenidən fəaliyyətə başlaması məsələsi müzakirə olunub.

ABŞ-la Kabildəki Amerika səfirliyinin və Vaşinqtondakı Əfqanıstan səfirliyinin açılması barədə danışıqlar aparılıb”, – deyə Mücahid jurnalistlərə açıqlamasında qeyd edib.

Xatırladaq ki, 2021-ci ildə Taliban hakimiyyətə gəldikdən sonra ABŞ diplomatik nümayəndəliyini Əfqanıstandan çıxarmışdı. Hazırda iki ölkə arasında rəsmi diplomatik münasibətlər tam bərpa olunmasa da, humanitar və texniki məsələlər üzrə məhdud təmaslar davam etdirilir.

Sentyabr ayında Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi Kabildə ABŞ-ın girovların azad olunması üzrə xüsusi nümayəndəsi Adam Boler ilə görüş keçirmişdi. Görüşün yekununda Əfqanıstan tərəfi bir amerikalı vətəndaşın azad edildiyini bəyan etmişdi.

Müşahidəçilər hesab edir ki, bu danışıqlar Vaşinqtonla Kabil arasında diplomatik əlaqələrin bərpası istiqamətində mühüm, lakin hələ ehtiyatlı addım kimi qiymətləndirilir. ABŞ administrasiyası isə Taliban hökumətini hələ də rəsmi şəkildə tanımayıb.

Poliqon.info

Избранный
16
poliqon.info

1Источники