RU

Abebe Bikila ayaq yalın qaçaraq qızıl medal qazanan idmançı kimi TARİXƏ DÜŞDÜ

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

1960-cı ildə Roma Yay Olimpiya Oyunlarında bütün idmançılar “Adidas” ayaqqabıları ilə çıxış etməli idilər.

İdman.biz xəbər verir ki, lakin heç bir cüt ayaqqabı Abebe Bikilaya uyğun gəlmədi. Buna baxmayaraq, o cəsarətli qərar verərək marafonu ayaq yalın qaçıb.

Nəticə dünya idman ictimaiyyətini heyrətləndirdi: Bikila yalnız yarışda qalib gəlmədi, həm də dünya rekordunu qıraraq Olimpiadada qızıl medal qazanan ilk afro-amerikalı idmançı olub. Onun bu uğuru “Adidas” üçün də gözlənilməz oldu, çünki ayaq yalın qaçan Bikila 68 idmançını geridə qoyub.

Dörd il sonra, 1964-cü ildə Tokioda keçirilən Olimpiadada Bikila yenidən qızıl medal qazandı və tarixdə marafonda iki dəfə qalib gələn ilk idmançı olub.

1969-cu ildə avtomobil qəzası nəticəsində ciddi xəsarət alan Bikila qaçışla məşğul ola bilmədi, lakin idmandan əl çəkməyərək oxatma yarışlarında iştirak etməyə davam edib.

Təəssüf ki, 1973-cü ildə 41 yaşında baş-beyin qanaması səbəbindən vəfat edib. Onun son mənzilə yola salınmasında 75 000 nəfər iştirak etdi və o, həm milli qəhrəman, həm də idman əfsanəsi kimi yad edilib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
icma.az

2Источники