RU

İrqçilik edən erməni futbolçunu hansı cəza gözləyir?

Ermənistan millisinin yarımmüdafiəçisi və Rusiyanın “Krasnodar” klubunun kapitanı Eduard Spertsyan irqçiliyə görə Rusiya Premyer Liqasında 10 oyunluq diskvalifikasiya oluna bilər.

Publika.az xəbər verir ki, bu barədə “Sport24.ru” RFS reqlamentinə istinadən məlumat yayıb.

RPL-in 11-ci turunda “Axmat”la oyunun (2:0) 85-ci dəqiqəsində Qroznı klubunun yarımmüdafiəçisi İbrahim Ndonq Spertsyanın üzünə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Seneqallının dediyinə görə, “Krasnodar”ın kapitanı ona “Sus, ey qara köpək” deyib.

Eduard Spertsyan öz Telegram kanalında video yayımlayaraq vəziyyəti şərh edib.

Избранный
33
publika.az

1Источники