RU

TDT liderləri Qəbələdə nəyi müzakirə edəcəklər?VİDEO/YENİLƏNİB

Azərbaycanda, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin zirvə görüşü baş tutacaq.

İki gün davam edəcək tədbiri millət vəkili Hikmət Babaoğlu "Xəzər Xəbər"ə şərh edib.

O, bildirib ki, sabahkı görüş olduqca aktual bir məsələyə həsr olunub.

Millət vəkilinin sözlərinə görə bu görüş eyni zamanda iqtisadi, logistika məsələlərinin müzakirə olunduğu bir məkana da çevriləcək. Çünki, türk xalqlarının tarixi ərazilərində bərqərar olmuş dövlətlərin iqtisadi potensialı, yeraltı sərvətləri, eləcə də müasir sənayesi var. Bütün bu güclərin birləşdirilməsi, həm regional təhlükəsizlyin təmin edilməsi, həm də yeni dünya nizamında türk dövlətləri təşkilatının mümkün güc mərkəzlərindən birinə çevrilməsi əsas hədəflərdir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

20:10

"Sabah Qəbələdə liderlərimiz qarşılaşdığımız böhranlara daha dayanıqlı türk dünyasının formalaşdırılmasını müzakirə edəcəklər”.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan mediasına açıqlamasında deyib.

Hakan Fidan TDT Zirvəsinin Qəbələdə keçirilməsini yüksək dəyərləndirib:

“Bakıya çox gəldik, bütün toplantılat Bakıda keçirilib. Amma türk dünyasının gözəl şəhərini türk dünyası liderlərinə tanıtmaq da çox yaxşı addımdır”.

Избранный
38
10
xezerxeber.az

10Источники