Bakı. Trend:
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 6-dadavam etdirilib.
Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyathakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.
Məhkəmə prosesi cinayət işləri üzrə sənədlərin elan olunması ilədavam etdirilib.
Əvvəlcə 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncəşəhərinin raketlərlə vurulmasına dair sənədlər elan edilib.
Tədqiq olunan sənədlərdə göstərilib ki, Ermənistan silahlıqüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, ocümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinədair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasınıntələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də,5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərindəyaşayış məntəqələrinə, hərbi hədəf olmayan mülki obyektlərə,həmçinin mülki əhaliyə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipliraketlərlə zərbələr endiriblər.
Bununla da Ermənistan silahlı qüvvələri hərbi zərurətdən irəligəlməyən genişmiqyaslı dağıntılar, mülki vətəndaşların xəsarətalması və ölümü ilə nəticələnən, habelə mülki əhalinin xüsusiləkülli miqdarda əmlakının məhv edilməsi ilə müşayiət olunanterrorçuluq və digər cinayətlər törədiblər.
İbtidai istintaq zamanı qeyd olunan hadisələrin hər biri üzrəhadisə yerlərinə baxış keçirilib, həlak olmuş şəxslərinmeyitlərinin məhkəmə-tibbi eksperti tərəfindən müayinə edilməsi,yaralanmış şəxslərin xəsarətlərinə dair məhkəmə-tibbiekspertizasının rəylərinin alınaraq iş materiallarına əlavəedilməsi, ölmüş zərərçəkmiş şəxslərin hüquqi varislərinin tanınaraqdindirilməsi həyata keçirilib, eyni zamanda, xəsarət almışşəxslərin zərərçəkmiş şəxs qismində tanınmalarına dair qərarlarınqəbul edilərək iş üzrə dindirilməsi, habelə şahidlərin dindirilməsivə sair istintaq hərəkətlərinin həyata keçirilməsi təminedilib.
Sənədlərdə qeyd olunub ki, 2020-ci il oktyabr ayının 4-də, 5-də,8-də, 11-də və 17-də Gəncə şəhərinə edilmiş raket hücumlarınəticəsində 26 mülki şəxs qəsdən öldürülüb, 175 nəfər isə müxtəlifdərəcəli bədən xəsarətləri alıb.
Həlak olmuş 26 nəfərdən 10-u kişi, 10-u qadın, 6-sı isəyetkinlik yaşına çatmayan şəxslərdir. Xəsarət almış 175 nəfərin isə61-i kişi, 66-sı qadın, 48-i isə yetkinlik yaşınaçatmayanlardır.
Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyatvasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdardaziyan dəyib.
Sənədlərə əsasən, hadisə yerinə ilkin baxış keçirilməsi haqqında2020-ci il 11 oktyabr tarixli protokola əsasən müəyyən edilib ki,Ermənistan silahlı qüvvələri ballistik raketdən istifadə etməkləGəncəyə zərbə endirib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, partlayış 1978-ciildən sonrakı müddətdə SSRİ-də istehsal olunmuş, NATO təsnifatıüzrə “SS-1c Skud B” adlandırılan 9K72 “Elbrus” markalıəməliyyat-taktiki təyinatlı raketin partlaması nəticəsində başverib.
Raketin ən çoxu 275 km uzaqlıqdan, Ermənistanın Vardenis yaşayışməntəqəsindən Gəncəyə istiqamətlənməsi ehtimal olunur. R-17birpilləli maye yanacaqlı ballistik trayektoriyalı raket keçmişSSRİ-də istehsal edilib və 1987-ci ildən istehsalıdayandırılıb.
Bu tip raketlər keçmiş SSRİ-nin, habelə MDB dövlətlərininsilahlı qüvvələri üçün strateji vasitə olan əməliyyat-taktiki silahsistemlərinə aid olduğundan, tətbiq hüququ müvafiq dövlətinbaşçısına, habelə onun razılığı ilə müdafiə nazirinə məxsusdur.
Belə raketlər dəqiq hərbi hədəflərə deyil, yaşayış məntəqələrinəvə mülki infrastruktura qarşı tətbiq edildikdə ağır fəsadlarla,yəni kütləvi insan tələfatı və böyük dağıntılarla nəticələnir.
Bundan sonra təqsirləndirilən David Manukyan məhkəməyə müraciətedərək nümayiş olunan raket qurğularının və onların tətbiqinə dair“əmr” verməyin qondarma rejimin “rəhbərliyinin və ordusunun”səlahiyyətində olmadığını bildirib.
Hakim Zeynal Ağayev isə bildirib ki, hazırkı mərhələdəsənədlərin elan olunması prosesi gedir. Sənədlərin elanı başaçatdıqdan sonra münasibət bildirmək üçün müdafiə tərəfinə şəraityaradacaq.
Sonra təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili məhkəməiclasında tədqiq edilən sənədlərin surətlərinin təqdim olunmasınıxahiş edib.
İclasa sədrlik edən Zeynal Ağayev sənədlərin surətlərinin təqdimolunacağını bildirib.
Sonra 44 günlük Vətən müharibəsi zamanı Göygöl, Tovuz, Daşkəsən,Samux, Siyəzən, Kürdəmir, Qəbələ rayonlarının, həmçinin Mingəçevirşəhərinin və Göygöl Milli Parkının ərazisinin raket atəşinətutulması faktları ilə bağlı sənədlər elan olunub.
Daha sonra təqsirləndirilən Levon Mnatsakanyanın vəkili müdafiəetdiyi şəxslə konfidensial görüş üçün vəsatətlə çıxış edib.
Hakim Zeynal Ağayev vəsatəti təmin edib və məhkəmədə fasilə elanolunub.
Fasilədən sonra məhkəmə iclası sənədlərin elan olunması ilədavam etdirilib.
Elan olunan sənədlərdən biri 44 günlük Vətən müharibəsi dövründəErmənistan silahlı qüvvələri tərəfindən müharibə ərazisindənkənarda yerləşən Bərdə şəhərinə raket hücumları ilə bağlı olub.
Tədqiq edilən sənədlərdə göstərilib ki, Vətən müharibəsidövründə ayrı-ayrı vaxtlarda Bərdəyə raket hücumları nəticəsindəaralarında uşaq, qadın və yaşlılar da olmaqla 29 nəfər qəsdənöldürülüb, 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülkiinfrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayışevlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.
Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiətolunub.
Məhkəmə prosesi oktyabrın 9-da davam etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.