Sosial şəbəkələrdə Balakən və Zaqatala rayonlarının bir sıra kəndlərini, habelə qeyri-yaşayış və inzibati binaları Qəhvəyi mərmər bağacıqlarının basması ilə bağlı görüntülər yayılıb.
Kənd Təsərrüfarı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzindən “Report”a artıq dezinfeksiya işlərinə başlanıldığı bildirilib.
Qeyd olunub ki, Balakən Regional və Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları hazırda ərazidədir.
Mərkəzdən verilən məlumata görə, yaşayış olan binalarda kimyəvi mübarizə tədbirlərinin aparılması insanlar üçün çox təhlükəlidir (qusma, boğulma, zəhərlənmə əlamətləri olur), buna görə də sakinlərə mexaniki mübarizə üsullarından da istifadə edilməsi tövsiyə olunur:
“Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə tədbiri kimi zərərvericilərin əl ilə toplanaraq məhv edilməsi və tələlərdən istifadə olunması tövsiyə edilir. Bu proses hər tərəfdə eyni anda getdiyinə görə əhali arasında narahatlıq yaranır. Hazırda bununla bağlı kimyəvi mübarizə tədbirlərimiz davam etdirilir”.
Qeyd edək ki, bu il sentyabr ayının sonlarından Qəhvəyi mərmər bağacığının qışlama üçün sığınacaq yerləri axtarması onun Gürcüstandan kütləvi şəkildə Azərbaycan ərazilərinə miqrasiyasına səbəb olub.
10Источники
-
modern.azZaqatala və Balakəndə evləri həşəratlar basdı - Rəsmi açıqlama ( 22113736)
-
cebheinfo.azZaqatala və Balakəndə evləri həşəratlar basdı - Rəsmi açıqlama ( 22111270)
-
demokrat.azZaqatala və Balakəndə evləri həşəratlar basdı — VİDEO ( 22109932)
-
yenicag.azZaqatala və Balakəndə evləri həşəratlar basdı - RƏSMİ AÇIQLAMA ( 22109668)
-
konkret.azBu rayonlarda evləri həşəratlar basdı – Rəsmi ( 22109659)
-
qafqazinfo.azZaqatala və Balakəndə evləri həşəratlar basdı Rəsmi açıqlama ( 22109548)
-
bizim.mediaBalakən və Zaqatalada zərərverici həşəratlar yayılıb VİDEO ( 22102330)
-
baku.wsBalakən və Zaqatalada zərərvericilər evlərə kütləvi hücum etdi, dezinfeksiyaya başlanıldı RƏSMİ ( 22101475)
-
mia.azZaqatala Balakən zonasını böcəklər basıb ( 22099138)
-
editor.azAzərbaycanın bu rayonlarından ŞOK GÖRÜNTÜLƏR – Nazirlik hərəkətə keçdi – RƏSMİ ( 22098427)