Fransa Baş naziri Sebastyan Lekornunun istefasından qısa müddət sonra Prezident Emmanuel Makronun Parisdə Sena çayı boyunca təkbaşına, düşüncəli halda gəzdiyi anların videosu yayımlanıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, videoda Makronun üz ifadəsinin aydın şəkildə gərgin və kədərli olduğu görünür. Fransız mediası bu kadrları, hazırda ölkə siyasətində yaranan çətin vəziyyətin simvolu kimi təqdim edir.
Qeyd edək ki, cəmi bir ay əvvəl fəaliyyətə başlayan Sebastyan Lekornu bu gün vəzifəsindən istefa verib. O, cəmi bir gün əvvəl yeni kabinetin tərkibini açıqlamışdı. Yeni hökumətdə əvvəlki baş nazir Fransua Bayrunun komandasından və Makrona yaxın şəxslərdən bir çoxu yer alırdı.