RU

TƏBİB əməkdaşı əri tərəfindən bıçaqlandı -

"Həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə Qambayeva ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb".

Metbuat.az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova sosial hesabında paylaşıb.

O bildirib ki, xəsarət ana şəxs bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, TƏBİB əməkdaşı əri tərəfindən 11 bıçaq zərbəsinə məruz qalıb.

19:28

Şirvan sakini, 1986-ci i təvəllüdlü Qambayeva Lamiyə Nəcməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Metbuat.az APA-ya istiandən xəbər verir ki, 11 bıçaq yarası alan qadın Şirvan xəstəxanasına yerləşdirlərək əməliyyata götürülüb.

Qeyd edək ki, L.Qambayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Избранный
14
8
metbuat.az

10Источники