“Liverpul”un futbolçusu Vataru Endo oktyabrda Yaponiya milli komandası üçün keçiriləcək oyunlarda zədəsi səbəbindən iştirak etməyəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Açıqlamada bildirilir ki, Endo Kirin "Challenge Cup" çərçivəsində Paraqvay və Braziliya ilə oyunlarda milli komandaya çağırılsa da, Yaponiya Futbol Federasiyası zədəyə görə onun iştirak etməyəcəyini açıqlayıb.
Qeyd olunur ki, Endo İngiltərə Premyer Liqasında “Çelsi” ilə görüşdə (1:2) matçın sonlarında meydana çıxıb.
32 yaşlı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə “Liverpul” üçün 6 oyunda iştirak edib və 1 məhsuldar ötürmə edib.