RU

Aİ Rusiyaya məxsus kriptovalyutaya qarşı yeni sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) rubl ilə təmin edilən A7A5 adlı steyblkoinə qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Məlumata görə, yeni məhdudiyyətlər Aİ ərazisində qeydiyyatdan keçmiş hüquqi şəxslərin bu kriptovalyuta ilə aparılan tranzaksiyalarda iştirakını qadağan edə bilər.

Bundan əlavə, Brüsselin Rusiya, Belarus və Mərkəzi Asiya ölkələrində fəaliyyət göstərən bir neçə bankada sanksiya tətbiq etməyi planlaşdırdığı bildirilir.

//Samir Qurbanov, Editor.az

Избранный
30
editor.az

1Источники