RU

Türkiyə və Azərbaycan xarici işlər nazirləri Qəbələdə görüşüblər-YENİLƏNİB

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da xarici işlər naziri Ceyhun Bayramov ölkəmizin ev sahibliyində Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı Azərbaycan-Türkiyə qardaşlığına əsaslanan müttəfiqlik münasibətlərinin bütün səviyyə və platformalarda uğurla davam etdirildiyi məmnunluqla qeyd edilib.

Siyasi-təhlükəsizlik, iqtisadi-ticarət, enerji-nəqliyyat-kommunikasiya ölçüləri üzrə tərəfdaşlıq gündəliyində duran əsas məsələlər müzakirə olunub.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

22:39

Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib. Bildirilib ki, görüş Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq Xarici İşlər Nazirləri Şurası çərçivəsində reallaşıb.

Nazirlər Azərbaycan - Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün səviyyələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Tərəflər siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.

Избранный
18
5
azertag.az

5Источники