RU

Daha bir ispaniyalı futbolçu Messinin komandasına KEÇİR

Serxio Reqilon karyerasını ABŞ-də davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "İnter Mayami" ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

MLS təmsilçisi hazırda azad agent statusunda olan Reqilonla danışıqlar aparırı. 28 yaşlı sol cinah müdafiəçisi özü də "İnter Mayami"yə keçməyə isti yanaşır.

Qeyd edək ki, Serxio Reqilonun son klubu "Tottenhem" olub. İspaniya millisinin sabiq üzvü ötən mövsümün sonunda London nəhəngindən ayrılıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
12
4
bizim.media

5Источники