RU

"Şəxsi həyatımda, səhnəmdə qadağalar var" - Xalq artisti


Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" proqramında geyim libası və şəxsi həyatı barədə danışıb. Müğənni geyimlərindən danışaraq qeyd edib ki, eyni rəngdə libas seçdiyi üçün onları fərqli göstərməkdə çətinlik çəkir. Xalq artisti həmçinin özünə qoyduğu qadağalardan danışıb. O deyib ki, ona heç kim qadağa qoya bilməz, çərçivəyə sala bilməz. SİTAT: "Sadəcə, bilmişəm nə etsəm evdəkilərin xoşuna gəlməz. Onu düşünüb özümə qadağa qoya bilərəm. Şəxsi həyatımda, səhnəmdə qadağalar var. Özümü çərçivəyə salmağım məni yorub. Amma bununla barışmışam. Əvvəl deyirdim, valideynlərimə söz gəlməsin, sonra evdə uşaqlar böyüyür, sonra nəvələr, axırda ailəm və sonda ailəm... Qurban verməmişəm. Ağlın olsa, hər şeyi balansa sala bilərsən".

Mətləb

Избранный
2
2
baki-xeber.com

8Источники