RU

Bu gün Bakının 3 rayonunda qaz olmayacaq

Lent az saytına istinadən ain.az xəbər verir.

Bu gün saat 10:00-dan Bakının üç rayonunun təbii qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, yeni çəkilmiş ortatəzyiqli qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi, qaz kəməri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar Maştağa və Əmircan qəsəbələrini qidalandıran qaz xətlərində, həmçinin "Qanlı göl" ərazisində yerləşən qaz xəttində təchizat dayandırılacaq.

İşlər başa çatana qədər paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsinin bir hissəsinin, A.Rzayev, M.Mustafayev və S.Bəhlulzadə küçələrinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin Şəfai, Xanlar, Zərdabi və Mehdi Hüseyn küçələrinin, eləcə də Yasamal rayonunun 7-ci Alatava, Ü.Əkbərov və D.Bünyatzadə küçələrinin qaz təchizatında fasilə olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
48
lent.az

10Источники