RU

Manatın kodu niyə “AZM” yox, “AZN” dir? İqtisadçı ilk dəfə açıqladı

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

 

“Bu gün məndən soruşdular ki, manatın hərfi kodu niyə “AZM” deyil, “AZN”-dir. Məntiqlə sonda “M” olmalıdır axı. Məsələ burasındadır ki, 20 il əvvəl denominasiya olmuşdu və nəticədə 5000 köhnə manat 1 yeni manata bərabər oldu”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı Əkrəm Həsənov deyib.

Onun sözlərinə görə, köhnə manatın kodu “AZM” olub deyə, məhz fərqləndirmək üçün yenisini “AZN adlandırıblar:

“N” – “new”, yəni “yeni” deməkdir. 2005-ci ildə Mərkəzi Bankın ümumi qanunvericilik şöbəsinin rəisi olaraq denominasiya üzrə işçi qrupun üzvü idim. Yeni kod adı axtarırdıq. Mən “ARM” təklif etmişdim: Azərbaycan Respublikasının Manatı. Hamı da razılaşmışdı. Birdən sanki məni cərəyan vurdu və təklifimi geri götürdüm: ARM bədnam qonşumuzu yaman xatırladırdı. Yekunda AZN üzərində dayandıq.

Bu valyuta düz 9 il sabit və uğurlu oldu, 2015-ci ilin fevral devalvasiyasınadək. Yəni AZN ömrünün 10-cu ilində iflasa uğradı… 2017-ci ilin fevral ayından etibarən AZN yenə də sabitdir. Gələn il bunun da 9 ili tamam olacaq…”

Leyla Əlisoy

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
11
globalinfo.az

10Источники