RU

Dünyada tütün çəkənlərin sayı azalır

ain.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Siqaret, qəyanı və çeynəmə tütünü də daxil olmaqla tütün istifadəçilərinin sayı 2000-2024-cü illər arasında azalıb.

AzPost bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında deyilir. Lakin dünyada hər beş yetkin insandan biri hələ də tütündən asılılıqdan əziyyət çəkir.

“Tütün istifadəçilərinin sayı 2000-ci ildəki 1,38 milyarddan 2024-cü ildə 1,2 milyarda qədər azalıb”-deyə, təşkilatın 2000-ci ildən 2024-cü ilə qədər tütündən istifadə tendensiyaları ilə bağlı yeni hesabatının press-relizində deyilir.

Təşkilat 2010-cu ildən bəri tütündən istifadə edənlərin sayının 27% nisbəti ilə 120 milyon nəfər azaldığını qeyd edib.

Hesabat dünya əhalisinin 97%-ni əhatə edən 2000-dən çox milli sorğunun nəticələrinə əsaslanır. O, ÜST-nin 2025-ci ilə qədər qlobal tütün istehlakının 30% nisbi azaldılması hədəfinə doğru irəliləyişi izləmək üçün tərtib edilib.

Təşkilatın məlumatına görə, cari irəliləyiş 27% təşkil edir. Bu da planlaşdırıldığından 50 milyon azdır.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
2
azpost.info

7Источники