RU

Nazir müavini Azərbaycan və İƏT dövlətləri arasında ticarət dövriyyəsinin həcmini açıqlayıb

Bakı. Trend:

2025-ci ilin yanvar–avqust aylarında Azərbaycan ilə İslamƏməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlər arasında ticarətdövriyyəsi təxminən 6 milyard ABŞ dolları təşkil edib.

Trend xəbər verirki, bunu Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev Bakıda keçirilən “Halal Business Forum” forumunda çıxışızamanı bildirib.

“Azərbaycan İƏT-in ən fəal iştirakçılarından biri olaraq qalırvə üzv dövlətlərlə siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafınaböyük önəm verir”,- deyə o qeyd edib.

E. Əliyevin sözlərinə görə, Azərbaycan multikulturalizmin,mədəniyyətlərarası və sivilizasiyalararası dialoqungücləndirilməsinə, eləcə də İslam dəyərlərinin dünyada təşviqinəmühüm töhfə verib.

O xatırladıb ki, bu fəaliyyətin təsdiqi kimi Bakı 2009-cu ildə,Naxçıvan isə 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elanedilib. Bundan başqa, 2017-ci ildə “İslam həmrəyliyi ili”çərçivəsində keçirilən tədbirlər müsəlman ölkələri arasındaikitərəfli və çoxtərəfli əməkdaşlığın genişlənməsinə töhfəverib.

Birinci nazir müavini forumun təşkilinə verdiyi dəstəyə görə İƏTvə onun ixtisaslaşmış qurumlarına təşəkkürünü bildirib, vurğulayıbki, Azərbaycanın İƏT üzv dövlətləri ilə imzaladığı iqtisadi vəticarət sazişləri ticarətin sadələşdirilməsinə, gömrükəməkdaşlığının gücləndirilməsinə və investisiyalarınstimullaşdırılmasına yönəlib.

Məqalədə:
Избранный
90
az.trend.az

1Источники