RU

TƏBİB əməkdaşının bıçaqlanması ilə bağlı cinayət işi açıldı

Şirvan şəhər prokurorluğu TƏBİB-in əməkdaşı Lamiyə Qanbayevanın eks-əri tərəfindən bıçaqlanması ilə bağlı məlumat yayıb. 


Prokurorluqdan Manset.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar şəxsin öldürülməsinə cəhd faktı üzrə cinayət işi başlanıb:

“Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırma zamanı 1988-ci il  Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə  Lamiyə Qanbayevanı  qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır. 

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir”.

Избранный
12
26
manset.az

10Источники