RU

Nazir müavini 20 il ərzində Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyalar barədə məlumatları ictimailəşdirib

Bakı. Trend:

2004–2024-cü illər ərzində ölkə iqtisadiyyatına 344 milyard ABŞdollarından çox xarici investisiya qoyulub.

Trend xəbər verirki, bunu Azərbaycanın İqtisadiyyat nazirinin birinci müavini ElnurƏliyev Bakıda keçirilən Halal Biznes Forumunda çıxışı zamanıdeyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadi modelinşaxələndirilməsində mümhüm uğurlara nail olub. Aparılansosial-iqtisadi islahatlar və qlobal iqtisadi inteqrasiya aparıcıbeynəlxalq şirkətlər üçün geniş və əlverişli imkanlar yaradıb.

“2004–2024-cü illər ərzində ölkə iqtisadiyyatına 344 milyard ABŞdollarından çox investisiya qoyulub, bunun təxminən 213 milyardıqeyri-neft sektorunun inkişafına yönəldilib. Bu yaxınlarda BirinciAzərbaycan İnvestisiya Forumu çərçivəsində ümumi dəyəri 10 milyarddollardan çox olan layihələr üzrə sənədlər imzalanıb ki, bu daxarici investorların etimadını və ölkədə sabit investisiya mühitiniəks etdirir.

Hazırda iqtisadiyyatın qeyri-neft-qaz sektorunun payı ümumihəcmin 68%-inə çatıb və ilin sonuna qədər bu göstəricinin daha daartması gözlənilir. Aparılan islahatlar və sahibkarlığın dəstəkmexanizmləri sayəsində ölkə iqtisadiyyatında özəl sektorun payıtəxminən 81%-dir”, - deyə o bildirib.

E.Əliyev qeyd edib ki, əlverişli coğrafi mövqe Azərbaycanıregional iqtisadi siyasətin strateji mərkəzinə çevirir. Orta dəhlizüzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır və Zəngəzurdəhlizinin açılması ilə bu göstərici daha da yüksələcək.

“Ölkədə yaradılmış müasir infrastruktur - Bakı Beynəlxalq DənizTicarət Limanı, Ələt Azad İqtisadi Zonası, həmçinin inkişaf etmişdəmir yolu şəbəkəsi investorlar üçün qlobal bazarlara birbaşa çıxışvə tranzitin yüksək səmərəliliyini təmin edir”, - deyə nazirmüavini vurğulayıb.

Məqalədə:
Избранный
85
az.trend.az

1Источники