“Fransada siyasi böhran konstitusiya böhranına qədər yüksəlib. Onilliklər ərzində Beşinci Respublika ya prezidenti dəstəkləyən sabit parlament çoxluğu ilə, ya da “birgə yaşayış” institutu ilə rəsmiləşdirilmiş müxalifət çoxluğu əsasında fəaliyyət göstərib”,- qəzetdə dərc oluan materialda deyilir.
Lakin hazırda Milli Assambleya (parlamentin aşağı palatası) faktiki olaraq müqayisə edilə bilən üç bloka bölünür:Marin Le Penin başçılıq etdiyi sağçı millətçilər; daha çox “İtaətsiz Fransa” partiyasının lideri Jan-Lük Melanşonlatəmsil olunan sol və ifrat solçular; prezident Makronarəsmi dəstək verən lakin ona qarşı loyallığının azalamsının nəzərə çarpdığı mərkəzçi koalisiya.
Bu şəraitdə Fransada son iki ildən az bir müddətdə beş hökumət dəyişdiyini xatırladan “NYT” ölkəninsiyasi sistemin sabitliyinin pozulması vəziyyətinə düşdüyünə diqqət çəkir. .
Avropanın “Politico” nəşri, öz növbəsində, qeyd edir ki, Fransada siyasi qeyri-sabitlik Aİ-nin zəifləməsinə və avrozonada iqtisadi vəziyyətin pisləşməsinə səbəb ola bilər.
- Uğursuzluğa düçar olmaq üçün çox böyük ölkədir, ona görə də bu sonsuz qeyri-sabitlik bütün avrozonanı risk altında qoyur. Sözügedən məsələbugünkü söhbətlərin əsas mövzusudur”,- adı açıqlanmayan avropalı diplomat nəşrə bildirib.
Aİ ölkələrindən birindəki məmur isə avrozonanın iqtisadiyyatının onsuz daçox narahatlıq doğurduğunu söyləyib.
![]() |
Lekornyu:“İstefamın 3 əsas səbəbi var” |
Eyni zamanda, Avropa strukturlarındakı mənbələrin sözlərinə görə, Fransada mümkün erkən seçkilərin keçirilməsi 2027-ci ilə planlaşdırılan ümumavropa seçkilərinə qədər təsdiq edilməli olan Aİ-nin uzunmüddətli büdcəsinə dair razılaşmanı çətinləşdirəcək.
Yüksək vəzifəli rütbəli bir avropalı məmurun fikrincə, Fransada müxalifət qüvvələrinin qələbəsi büdcə parametrlərinin müzakirəsini ləngidə və ya hətta əngəlləyə bilər.
Bundan əlavə, Fransadakı siyasi qeyri-sabitlik bir sıra beynəlxalq təşəbbüslərə, o cümlədən Almaniya və Böyük Britaniyanın iştirak etdiyi layihələrə, məsələn, “könüllülər koalisiyası”na təsir göstərəcəyi istisna olunmur.
“Davam edən təhlükəsizlik gərginliyi kontekstində Aİ-nin əsas ölkələrindən biri olan Fransada daxili sabitliyin olmaması həyəcan siqnalı kimi qəbul edilir”,- avrozona ölkələrindən birinin nümayəndəsi vurğulayıb.
Bununla belə, Fransanın özündə baş nazir Sebastyan Lecornyunun istefası inzibati dairələrdə ciddi narahatlıq yaratmayıb. Hökumətin iqtisadi blokundakı mənbələrin bildirdiyinə görə, çətin siyasi vəziyyətə baxmayaraq, “pilot öz kabinəsində qalır” və hökumətin əsas sahələri nəzarət altında saxlanır.
Xatırladaq ki, sentyabrın 9-da bu vəzifəyə təyin edilmiş Fransanın baş naziri Sebastyan Lekornyu oktyabrın 6-da istefa verib. Beləliklə də, Fransada hökumət böhranı yeni mərhələyə qədəm qoyub.
Sahil İsgəndərov
AzVision.az