RU

Pul vahidimiz niyə AZN yazılır?

Azərbaycan manatının beynəlxalq valyuta kodu – AZN – bəzən ictimaiyyətdə suallar doğurur. Çünki digər ölkələrin pul vahidlərinin qısaldılmış formaları adətən həmin valyutanın öz dilindəki adını əks etdirir: məsələn, türk lirəsi (TL), rus rublu (RUB), gürcü larisi (GEL) və s. Halbuki Azərbaycan manatı üçün “man.” və ya “M” kimi qısaltma gözlənildiyi halda, rəsmi sənədlərdə və beynəlxalq ödəniş sistemlərində AZN forması istifadə olunur.

Bəs “AZN” abreviaturası nədən yaranıb, nəyi ifadə edir və niyə məhz bu formada qəbul olunub?

EKREM.jpg

Tanınmış hüquqşünas Əkrəm Həsənov bu barədə sosial media hesabında yazıb və hər kəsi maraqlandıran sualı cavablandırıb:

“Bu gün məndən soruşdular ki, niyə manatın hərfi kodu “AZM” deyil, “AZN”dir. Məntiqlə sonda “M” olmalıdır axı. Məsələ burasındadır ki, 20 il əvvəl denominasiya olmuşdu və nəticədə 5000 köhnə manat 1 yeni manata bərabər oldu. Köhnə manatın kodu AZM idi, məhz fərqləndirmək üçün yenisini AZN adlandırdılar. “N” - new, yəni yeni deməkdir”.

Hüquqşünas bildirib ki, 2005-ci ildə Mərkəzi Bankın Ümumi qanunvericilik şöbəsinin rəisi olaraq denominasiya üzrə işçi qrupun üzvü olub:

“Yeni kod adı axtarırdıq. Mən “ARM” təklif etmişdim: Azərbaycan Respublikasının manatı. Hamı da razılaşmışdı. Birdən sanki məni cərəyan vurdu və təklifimi geri götürdüm: ARM bədnam qonşumuzu yaman xatırladırdı. Yekunda AZN üzərində dayandıq. Bu valyuta düz 9 il sabit və uğurlu oldu - 2015-ci ilin fevral devalvasiyasınadək.

Yəni AZN ömrünün 10-cu ilində iflasa uğradı… 2017-ci ilin fevral ayından etibarən AZN yenə də sabitdir. Gələn il bunun da 9 ili tamam olacaq…”

Şahanə Rəhimli
Musavat.com

Избранный
5
9
musavat.com

10Источники