Azərbaycan Hava Yolları QSC-nin (AZAL) SƏTƏMM (Sağlamlıq, təhlükəsizlik və ətraf mühit) və Keyfiyyətə Nəzarət İdarəsinin rəisi Rəşad Haqverdiyev vəfat edib.
Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
1980-cı il təvəllüdlü R.Haqverdiyevin həyatını itirməsinə səbəb səhhətindəki problem olub.