RU

Rusiya 1400 miqrantı deport edəcək

Moskvada bu ilin 9 ayı ərzində ictimai yerlərdə, ticarət və ərzaq mərkəzlərində, yataqxanalarda və digər yerlərdə 7632 reyd keçirilib. Yoxlamalardan sonra 1400-ə yaxın miqrantın deportasiyası ilə bağlı qərarlar qəbul edilib, onlardan 450-dən çoxu artıq ölkədən deportasiya edilib.

Gundem.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.

“Miqrasiya sahəsində 58 mindən çox qanun pozuntusu müəyyən edilib ki, onların da əksəriyyəti - təqribən 15 mini xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər tərəfindən Rusiyaya giriş və ya Rusiyada olma qaydalarını pozması ilə bağlıdır”, - məlumatda deyilib.

Избранный
7
3
gundem.az

9Источники