Bakı. Trend:
Qırğızıstan Azərbaycanda halal sənayesinin birgə şəkildə inkişafetdirilməsinə hazırdır.
Trend xəbər verirki, bunu Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyinin “Halalsənayesinin inkişafı mərkəzi” Dövlət Qurumunun direktoru AlmazKayrıbekov Bakıda keçirilən “Halal business forum” forumundadeyib.
O, Qırğızıstanla Azərbaycan arasında halal sənayesi sahəsindəəməkdaşlığın əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə,Azərbaycanın beynəlxalq standartlarda və forumlarda iştirakıregionda bu sahənin inkişafına güclü təkan verib.
Kayırbekov qeyd edib ki, Qırğızıstan və Azərbaycan İslamÖlkələri Standartlaşdırma İnstitutunda birgə fəaliyyət göstərirlərvə bu əməkdaşlıq sayəsində Türkiyə, Özbəkistan və Qazaxıstan dadaxil olmaqla digər ölkələr halal məhsulların beynəlxalq bazarlaraçıxarılması istiqamətində prosesə cəlb olunublar.
“Azərbaycan halal sənayesinin inkişafında yaxşı templər nümayişetdirir və biz birgə ixtisasartırma tədbirlərinin keçiriləcəyinə vəəməkdaşlığın genişləndiriləcəyinə ümid edirik”, - deyə direktorvurğulayıb.