RU

Gələn ildən İslam bankçılığı məhsulları Azərbaycan bazarında təqdim olunacaq - AMB

Bakı. Trend:

Gələn ildən etibarən İslam bankçılığı məhsulları Azərbaycanbazarında təqdim olunacaq.

Trend xəbərverir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunundayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov IIAzərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bank beynəlxalq təcrübəni nəzərəalaraq mərhələli və praqmatik strategiya qəbul edib: "Bustrategiyaya əsasən, ilkin mərhələdə İslam bankçılığı məhsullarıənənəvi banklar daxilində “İslam pəncərəsi” modeli vasitəsilətəqdim olunacaq. Bu, bazarda tələbatın sınaqdan keçirilməsinə,iştirakçıların məhsullarla tanış olmasına və gələcəkdə daha genişhəcmli məhsul və həllərin tətbiqinə şərait yaradacaq".

AMB rəsmisi vurğulayıb ki, bu mərhələli strategiyanın icrasıüçün Mərkəzi Bank konkret yol xəritəsi müəyyənləşdirib və buxəritəni dörd əsas istiqamətə bölmək olar: "Birincisi, ilkinmərhələdə tətbiq olunacaq məhsulların müəyyənləşdirilməsidir. Bununüçün Mərkəzi Bank banklarla, sənaye assosiasiyaları və ekspertlərləmüzakirələr apararaq müştəri tələblərini və bazar ehtiyaclarınıqiymətləndirib, tətbiq oluna biləcək məhsulların siyahısını müəyyənedib.

Bu mərhələ artıq tamamlanıb. İndi isə həmin məhsullarıntətbiqini təmin etmək üçün hüquqi və tənzimləyici baza hazırlanır.Bu, Mülki Məcəllə, Vergi Məcəlləsi, Banklar haqqında qanun və digərnormativ aktlara dəyişiklikləri əhatə edir. Həmin dəyişikliklərbank sektoruna təqdim olunub və hazırda onlardan gələn rəy vətəkliflər toplanır. Mərkəzi Bank bu rəyləri yekunlaşdıraraq ilinsonunadək hökumətlərarası razılaşdırma mərhələsinə təqdim etməyiplanlaşdırır".

R. Tahirov qeyd edib ki, yol xəritəsinin üçüncü əsas sütunupotensialın və biliklərin artırılmasıdır: "Bu, çox vacib vəhəlledici elementdir. Bu məqsədlə biz Türkiyə, Pakistan,Qırğızıstan və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığabaşlamışıq. Xüsusilə, Pakistan Mərkəzi Bankı ilə birgə AzərbaycanMərkəzi Bankının nəzarət və tənzimləyici əməkdaşları üçün təlimproqramı təşkil edilib. Bu istiqamətdə fəaliyyətlərimizi davametdirməyi planlaşdırırıq.

Hüquqi və tənzimləyici baza üzrə minimal tələblər formalaşdıqdansonra, banklar müəyyən İslam bankçılığı məhsullarını “İslampəncərəsi” vasitəsilə təqdim etməyə başlaya biləcəklər. MərkəziBank bu ilkin mərhələnin gedişatını izləyəcək, nəticələriqiymətləndirəcək və əldə olunan təcrübəyə əsaslanaraq növbətimərhələlər, əlavə məhsullar və tənzimləyici çərçivənintəkmilləşdirilməsi istiqamətində qərarlar qəbul edəcək".

"Biz bu prosesdə bütün yerli və beynəlxalq tərəfdaşlarla sıxəməkdaşlıq etməyə hazırıq və əminik ki, gələn ildən etibarən İslambankçılığı məhsulları ölkə bazarında təqdim olunacaq", - deyə AMBrəsmisi vurğulayıb.

Избранный
31
4
az.trend.az

5Источники