
Roma Papası XIV Leo noyabrın sonunda Türkiyə və Livana səfər edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” Vatikanın çərşənbə axşamı dərc etdiyi bəyanata istinadla məlumat yayıb.
Bildirilib ki, bu, 1,4 milyard üzvü olan katolik kilsəsinin yeni rəhbərinin İtaliya sərhədlərindən kənara edəcəyi ilk səfəri olacaq.
Qeyd olunub ki, ABŞ-dən olan ilk Roma Papası Leo noyabrın 27-dən 30-dək Türkiyəyə, noyabrın 30-dan dekabrın 2-dək isə Livana səfər edəcək.