RU

Lamin Yamal "Real"a qarşı oynayacaq?

"Barselona"nın zədəli futbolçusu Lamin Yamalın yaşıl meydanlara qayıdacağı tarix məlum olub.

Sportal.az xəbər verir ki, İspaniya millisinin düşərgəsinə qatılmayan 18 yaşlı vinger "Real"a qarşı keçiriləcək "El Klasiko"da iştirak edə biləcək. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Yamal ayın 18-də La Liqanın "Jirona" ilə matçında iştirak etməyəcək. Gənc oyunçu üç gün sonra Çempionlar Liqasının "Olimpiakos"la oyununa hazır olacaq. O, ayın 26-də "Real" qarşılaşmada 90 dəqiqə komandasına kömək edəcək.

Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heytində meydana çıxdığı 5 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Избранный
2
sportal.az

1Источники