RU

Səfiyarlı Sxadadzenin etiraflarını şərh etmək istəmədi – “Qəbələ” böhrandadı?

Bilindiyi kimi, 7-ci turda evdə “Şamaxı” önündəki məğlubiyyət (0:1) “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadzenin qəzəblənməsinə səbəb oldu.

Gürcü mütəxəssis “istefa” şüarlarına sərt reaksiya verməklə yanaşı, oyunsonrası mətbuat konfransında bəzi futbolçuların premyer-liqa səviyyəsində olmadığını, hətta onları U-19 komandasına göndərəcəyəni dilə gətirdi. Qısası, seleksiya prosesində səhvə yol verdiklərini etiraf etdi.

İş ondadı ki, “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı həm də tanınmış və təcrübəli menecerdi. Belədə ilk ağla gələn onun da futbolçu seçimlərində böyük pay sahibi olmasıdı. Bəs, Səbuhi bəy bu barədə nə düşünür? “Qəbələ” həqiqətənmi yeni transferlər cəlb edərkən ciddi səhvlərə yol verib? Ümumiyyətlə, o, komandanın çıxışından nə dərəcədə razıdı?

“Football-plus.az” bu suallarla Səbuhi bəyə müraciət etsə də, klub rəsmisi qeyd olunan məsələlər haqda danışmaq istəmədi. Başqa sözlə, Kaxaber Sxadadze ilə “kəllə-kəlləyə gəlməkdən” qaçdı. Xatırladaq ki, “Qəbələ” 4 xalla 11-ci pillədədi. 12-ci sırada olan “Kəpəz” isə xalsızdı.

KƏNAN BAHADIR

Избранный
10
1
football-plus.az

2Источники