RU

Azərbaycanın valyuta ehtiyatları 80 milyard dollara çatıb - Anar Kərimov

Bakı.Trend:

Azərbaycanın valyuta ehtiyatları 80 milyard dollara çatıb.

Trend xəbər verirki, bunu Azərbaycanın Maliyyə Nazirinin birinci müavini AnarKərimov Bakıda “Halal Business Forum” forumunda çıxışı zamanıdeyib.

O qeyd edib ki, dünyada İslam maliyyəsi dinamik şəkildə inkişafedir və onun ümumi həcmi artıq 4 trilyon ABŞ dollarını ötüb.Ədalət, risklərin bölüşdürülməsi və aktivlərlə təminatprinsiplərinə əsaslanan İslam maliyyəsi sabit və etik maliyyəsisteminin formalaşmasına töhfə verir.

Ə.Kərimovun sözlərinə görə, Azərbaycan makroiqtisadi sabitliyinvə şəffaflığın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldəedib.

“Dövlət başçısının rəhbərliyi altında biz səmərəlilik, büdcəintizamı və rəqəmsallaşmaya əsaslanan bir sistem qurmuşuq. Bu günAzərbaycan büdcə şəffaflığı üzrə dünya reytinqində 23-cü yeritutur”, - deyə o vurğulayıb.

Nazir müavininin sözlərinə görə, ölkənin valyuta ehtiyatlarıtəxminən 80 milyard ABŞ dolları təşkil edir, xarici dövlət borcuisə təqribən 5 milyard dollardır.

“Ehtiyatlarımız borcumuzu 16 dəfə üstələyir”, - deyə Ə.Kərimovbildirib.

Məqalədə:
Избранный
95
5
az.trend.az

6Источники