RU

Politoloq: İran tərəfi marşrutun yalnız öz ərazisi üzərindən keçməsi variantına üstünlük verir

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Azərbaycanın şimal-qərbindən Naxçıvana yolun açılması, sözsüz ki, çoxcəhətli və müsbət nəticələrə səbəb olacaq mühüm bir reallıqdır. Bu yolun açılması həm Azərbaycan, həm İran, həm Türkiyə, həm də Ermənistan üçün faydalıdır. Lakin burada incə bir məqam var: Cavad Zərif Naxçıvana yolun açılmasından danışarkən, konkret olaraq hansı yolu nəzərdə tutur? Bu, prinsipial fərq yaradan məsələdir".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. "Əgər söhbət İran ərazisindən Naxçıvana gedən yoldan gedirsə, bu variantın müsbət nəticələri nisbətən məhdud olacaq. Amma əgər Naxçıvana yolun Zəngəzur dəhlizi vasitəsilə açılmasından danışılırsa, bu halda pozitiv imkanlar daha geniş miqyasda olacaq".O bildirib ki, Zəngəzur üzərindən Naxçıvana yolun açılması həm Ermənistan, həm Azərbaycan, həm Türkiyə, həm də İran üçün çoxşaxəli və genişmiqyaslı nəticələr doğura bilər:"İran üzərindən açılacaq yol isə, əsasən, Azərbaycan və İran üçün faydalı ola bilər. Çünki bu marşrutdan Avropa Birliyinin və Türkiyənin nə dərəcədə istifadə edəcəyi qeyri-müəyyəndir.Avropa Birliyinin bu yoldan istifadəsi real görünmür, Türkiyənin də bu istiqamətə böyük maraq göstərəcəyi şübhəlidir. Həm Avropa, həm Türkiyə üçün strateji baxımdan daha önəmli olan variant, məhz yolun Zəngəzur üzərindən açılmasıdır".Politoloq deyib ki, bu səbəbdən, əgər Cavd Zərif öz ölkəsinin daha geniş imkanlarını nəzərə alsaydı, Naxçıvana yolun Zəngəzur üzərindən açılmasına üstünlük verməsi daha məqsədəuyğun olardı:"Lakin müşahidələr göstərir ki, İran tərəfi əsasən, marşrutun yalnız öz ərazisi üzərindən keçməsi variantına üstünlük verir.Bu isə həmin yolun reallaşmaması riskini artırır. Reallaşsa belə, İran müəyyən fayda əldə edə bilər, amma bu variant Azərbaycanın genişmiqyaslı imkanlarını məhdudlaşdıracaq.İran üçün daha səmərəli addım Zəngəzur üzərindən keçən, Naxçıvana birləşən yolun açılmasına dəstək vermək olardı. Bu halda, həm region ölkələrinin, həm də beynəlxalq tərəfdaşların maraqları daha geniş şəkildə təmin olunar. Əks halda, İranın seçdiyi məhdud marşrut onun gələcək perspektivlərini də daraldacaq".Qeyd edək ki, İranın sabiq vitse-prezidenti Məhəmməd Cavad Zərif deyib ki, Naxçıvanı Azərbaycanın digər rayonları ilə birləşdirən yol İran üçün yeni imkanlar yarada bilər. Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
demokrat.az

2Источники