RU

Azərbaycanda islam maliyyəsi hökumətin fiskal və maliyyə islahatları kursunu harmonik şəkildə tamamlayır - Anar Kərimov

Bakı. Trend:

Azərbaycanda islam maliyyəsi hökumətin fiskal və maliyyəislahatları kursunu harmonik şəkildə tamamlayır.

Trend xəbər verirki, bunu Azərbaycanın Maliyyə Nazirinin birinci müavini AnarKərimov Bakıda “Halal Business Forum” forumunda çıxışı zamanıdeyib.

Onun sözlərinə görə, islam maliyyə sektoru dayanıqlı artımnümayiş etdirir və qlobal iqtisadiyyatın vacib elementi kimiformalaşır. Ədalət, şəffaflıq və riskin bölüşdürülməsiprinsiplərinə əsaslanan islam maliyyəsi yalnız etik deyil, həm dədayanıqlı maliyyə modelini təmin edir.

“Bu gün islam maliyyə sənayesinin həcmi 4 trilyon ABŞdollarından çoxdur və ildə təxminən 10% artım nümayiş etdirir”,-deyə A.Kərimov bildirib.

O vurğulayıb ki, Azərbaycanda İslam maliyyəsi hökumətin fiskalvə maliyyə islahatları kursunu harmonik şəkildə tamamlayır.

“Azərbaycanda şəffaflıq, səmərəlilik, büdcə intizamı vərəqəmsallaşmaya əsaslanan sistem qurulub. Bu gün ölkəmiz büdcəşəffaflığı üzrə dünya reytinqində 23-cü yerdədir”, - deyə nazirəlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq maliyyə hesabatı vəmühasibat standartlarının tətbiqi, o cümlədən IFRS 17-ə keçid,həmçinin sığorta sektoru üçün yeni mühasibat siyasətininhazırlanması üzərində işlər aparılır.

Məqalədə:
Избранный
86
1
az.trend.az

2Источники