RU

Azərbaycanın paragüllə atıcısı Avropa çempionu olub

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, paralimpiyaçı 235.6 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, K. Zeynalov daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P6) Aybəniz Babayeva ilə birlikdə, eləcə də 50 metr məsafəyə tapançadan atəş açma üzrə fərdi yarışda gümüş medala yiyələnib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
7
azertag.az

10Источники