RU

Hari Maquayr “Əl-Nəsr” yolunda

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək niyyətindədir.

Fanat.Az xəbər verir ki, klubun əsas hədəfi isə “Mançester Yunayted”in təcrübəli müdafiəçisi Hari Maquayr olub.

Səudiyyə mətbuatının yaydığı məlumata görə, “Əl-Nəsr” rəhbərliyi artıq futbolçunun nümayəndələri ilə ilkin təmas qurub. Jorje Jesus rəhbərliyinin məqsədi Kristianu Ronaldunun da çıxış etdiyi komandanın arxa xəttini təcrübəli oyunçu ilə möhkəmləndirməkdir.

Maquayrın “Mançester Yunayted”lə müqaviləsi 2026-cı ilə qədər qüvvədə olsa da, ingilis futbolçunun komandada gələcəyi sual altındadır. Bu mövsüm baş məşqçi Erik ten Haq onun xidmətlərindən əvvəlki qədər istifadə etmir.

“Əl-Nəsr” müdafiə xəttində daha etibarlı tandem formalaşdırmaq istəyir və Maquayrın təcrübəsini bu baxımdan vacib hesab edir. Klubun yaxın günlərdə rəsmi təklif göndərəcəyi gözlənilir.

Kamil Xudiyev

Избранный
10
1
fanat.az

2Источники