Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P1) 235.6 xalla birinci olub.
Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) Aybəniz Babayeva ilə birlikdə və 50 metr məsafəyə tapançadan atəşaçmada (P4) 221.6 xalla gümüş medala yiyələnib.
Azərbaycanlı güllə atıcıları MDB Oyunlarını 3 medalla başa vurublar
Bakıda V “Qələbə qaçışı” təşkil ediləcək
III MDB Oyunlarının medal sıralaması: Azərbaycan yerini qoruyub
III MDB Oyunları: GÜNÜN PROQRAMI
Qazaxıstanlı idmançı: “Yarışlar çox gözəl təşkil olunub, Xankəndi xoşuma gəldi”