RU

Papanın Türkiyəyə səfərin vaxtı açıqlandı

Yazını böyüt
Yazını kiçilt

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun Türkiyəyə səfərinin vaxtı açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər noyabrın 27-dən 30-dək davam edəcək.  

Roma Papası Bursa vilayətinin İznik rayonunda Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək. Bu, Papa XIV Leonun xaricə ilk apostol səfəri olacaq. Pontifik dekabrın 2-də isə Livana səfər edəcək.

“Papa Leo həm Türkiyənin, həm də Livanın dövlət başçılarının və kilsə rəhbərliyinin dəvətini qəbul edib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Birinci Nikeya Kilsə Məclisi xristianlıq tarixində mühüm yer tutur və ilk dəfə 325-ci ildə keçirilib.

Избранный
8
9
hafta.az

10Источники