RU

Roma Papası Türkiyəyə səfər edəcək

BAKI, 7 oktyabr. TELEQRAF

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo noyabrın 27-də Türkiyəyə səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Roma Papası Bursa vilayətinin İznik rayonunda Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək.

Papa Leo Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə səfər edəcək.

Qeyd edək ki, Birinci Nikeya Kilsə Məclisi ilk dəfə 325-ci ildə keçirilib.

Избранный
22
teleqraf.com

1Источники